Ölkəmiz Mərakeşdə
musiqi festivalında təmsil olunub
Mayın 24-dən iyunun 1-dək Mərakeşin paytaxtı Rabatda XII Beynəlxalq “Mavazin” musiqi festivalı keçirilib. Azərbaycanın Mərakeşdəki səfirliyindən bildiriblər ki, Fransa, İspaniya, ABŞ, İtaliya, Türkiyə, İran, Yaponiya, Braziliya, Livan, Misir, Əlcəzair də daxil olmaqla, 30-a yaxın ölkənin qatıldığı festivalda ölkəmizi Xalq artisti Zabit Nəbizadə, Əli Əsgər Məmmədov (tar) və Xəyyam Məmmədovdan (kamança) ibarət muğam triosu təmsil edib.
Azərbaycan muğam və xalq
mahnıları tamaşaçılar tərəfindən hərarətli
alqışlarla qarşılanıb. Müxtəlif ölkələrdən
olan muğam həvəskarlarına
ölkəmizin zəngin mədəniyyəti, xalq
yaradıcılığının məhsulu olan
muğam musiqi
janrı barədə ətraflı məlumat verilib.
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 8.